Aşpaz Abbas Aş Asmış

Hər il olduğu kimi,bu il də oktyabr ayının 20si beynəlxalq aşpaz günü kimi qeyd edildi. Bütün aşpazları bir daha təbrik edirəm günləri münasibətilə. Aşpazlıq elə peşədir ki,evdən kənarda yemək yeyərkən yeməyini dadan hər kəs ya sənin daimi müştərin olur ya da bir daha səni və sənin hazırladığın yeməyi görmək belə istəmir.

Şəxsi heyyət və Şəxsi gigiyena

Şəxsi gigiyena xəstəlik risklərinin azalmasının əsas şərtlərindən biridir. Bu göstəricilər qida ilə təmasda olanlarda daha yüksək olmalıdır. Şəxsi gigiyena birtəhər səslənsə də rəhbərliyin məsuliyyətidir desək yanılmarıq. Və heç də düşünməyin ki, şəxsi gigiyena sadəcə sağlam düşüncədir və hər kəs (hər işçi) tərəfindən ona riayət olunur.