Listeriya ilə Hamiləliyə Son

Listeriya deyiləndə ilk olaraq ağlınıza nə gəlir? Listeriya deyiləndə "Çətin" sözünü qəbul edin. Qida üçün təhlükə yaradan ən çox yayılmış bakteriyalardan biridir Listeriya. İstehsalat sahibisizsə onun haradan gəldiyini,necə gəldiyini təyin eləmək çox çətin olur adətən. Listeria-monocytogenes Ən pis nəticənin qarşısını almaq üçün səbəbləri necə analiz edək? Listeriya özü üçün yaxşı yer tapan kimi çoxalmağa başlayır. Çoxalmağa… Continue reading Listeriya ilə Hamiləliyə Son

Advertisements

Məhsulun İstifadə Müddəti və İşarələnməsi

Bakımız böyüdükcə burada olan ticarət obyektləri,super marketlər də böyüyür. Super marketlər böyüdükcə onların vitrinlərində yerli məhsullarla yanaşı xaricdən idxal olunmuş məhsullara da rast gələ bilirik. Şəhərin "bahalı" marketlərində bahalı xarici məhsulların üzərində fərqli istifadə müddəti nişanlarına rast gəlmək olar. Bu nişanların bəzilərini istifadəçilərin alış-veriş zamanı səhv seçim edib,aldanmamaları üçün və ən əsası özlərini və yaxınlarını… Continue reading Məhsulun İstifadə Müddəti və İşarələnməsi

Bakteriyaları Necə Məhv Edək?

Qida zəhərləyici bakteriyaları məhv etməyin bir neçə üsulu vardır. Bunlardan biri kifayət edəcək müddət ərzində yüksək temperaturda bakteriyaların məhv edilməsidir. Temperatur nə qədər çox olarsa müddət bir o qədər qısalır. Qidanı tam təhlükəsiz etmək üçün bakteriyanın növü,spor əmələ gətirməsi,bakteriyaların sayı,qidanın özünün növü qidadakı bakteriyaların məhv edilməsi  üçün lazım olan zaman müddətinə təsir edir. Bakteriyalar hardasa… Continue reading Bakteriyaları Necə Məhv Edək?

Bakteriyaların çoxalması

Bakteriyalar ikiyə bölünməklə çoxalır. Bu çoxalma temperatur,zaman və qidalı mühitdən asılıdır. Uyğun şərait olanda bakteriyaların sayı hər 10 dəqiqədə iki dəfə arta bilir.  Temperatur 10°C olarkən bakteriyaların çoxalması 10 saat kimi uzana və ya ümumiyyətlə dayana da bilər. Qida zəhərləyici bakteriyaların çoxalması üçün ortalama idela zaman uyğun şəraitdə 20 dəqiqə civarındadır.Bakteriyaların belə çoxalması vegetativ vəziyyət adlanır.… Continue reading Bakteriyaların çoxalması

Qidada Risk Qrupları

Yaşam enerjimiz olan qidaları da qruplara ayıra bilərik. Bu qruplar qida zəhərlənməsinə səbəb olma riskinə əsaslanır desək yanılmarıq.  İlk öncə yüksək risk qrupundan başlayaq. Yüksək risk qrupuna aid qidalara qida zəhərlənmələrində daha çox rast gəlirik. Bu qidaların tərkibi əsasən zülalla bol olduğundan və nəmişliyi də az olmadığından uyğun şəraitdə qida zəhərləndirici bakteriyalar onlarda rahatlıqla çoxala… Continue reading Qidada Risk Qrupları

Təhlükəsizlik Üçün Supervayzer Ol

Hər hansı bir tədbir keçirmək üçün və ya sadəcə aclığımıza son qoymaq üçün şəhərimiz müxtəlif məkanlarla boldur. Biz hər hansı bir məkanı seçərkən onun xarici və daxili görünüşünə,ümümi təmizlik görüntüsünə, az-çox eşitdiyimiz rəylərə  və sonda qiymətinə fikir veririk. Fikir vermədiyimiz çox nüanslar da var. Məsələn təqdim olunacaq qidanın təhlükəsizliyi. Bu ən əsas göstəricidir əslində. Müştəri… Continue reading Təhlükəsizlik Üçün Supervayzer Ol

Qənaət Etməkçün Düzgün Saxla

Bugün yazımı qənaətə həsr edəcəm.  Son dövrlərin maddi-iqtisadi vəziyyəti bunu tələb edir. Bir qəpik belə lazımsız nəyəsə pul xərcləmək istəmədiyimiz kimi,bir qəpik olsa da ödəniş etdiyimiz nəyinsə xarab olmasını da istəmirik. Bu aldığımız,saxladığımız qida və ərzaqlara da aiddir. Bəs biz hansı ərzaqları hansı şəraitdə necə saxlamalıyıq ki,onların keyfiyyəti itməsin və ya istifadə müddəti bitməsin?  Hamı… Continue reading Qənaət Etməkçün Düzgün Saxla