Yeyiləcək və Yeyilməyəcək Balıqlar

Balığın həm dadlı,həm də faydalı olması hər kəsə bəllidir. Amma balığın bəzi növlərinin qəbulu orqanizm üçün zərərli ola bilər.

1.Yayın balığı (Som)

Yayın balığının ölçüləri çox böyüyə bildiyinə görə,bu prosesi sürətləndirmək üçün təsərrüfatlarda hormonlar əlavə olunur qidalarına. Xüsusilə asiya ölkələrindən idxal olunan balıqlarda daha çoxdur. Təbii şəraitdə özü böyüyən yayın balığı təhlükəsizdir.

2. Skumbriya balığı (Makrel)

Skumbriyanın tərkibində orqanizmi tərk etməyən,müxtəlif xəstəliklərə səbəb ola biləcək civə olur. Atlantik skumbriyasını rahatlıqla yemək olar,onlar təhlükəszidir. Böyüklər üçün aylıq  200 qr,uşaqlar üçün 100 qr skumbriya qəbulu norma daxilindədir.

3. Tuna balığı

Tuna balığında, əsasən qaraüzgəc və mavi növlərində civə boldur. Demək olar təbii növ tunaların nəsli kəsilib. Süni üsulla yetişdirilmiş balıqlar antibiotiklər və hormonlarla yetişdirilib. Böyülərə ayda 100 qr qəbul etmək,uşaqlara isə qəbul etməmək məsləhət görülür.

4. Tilapiya balığı

Xeyirli yağ turşuları tilapiya balığında az miqdardadı. Amma zərərli yağların miqdarında donuz salası ilə də mübarizə apara bilər tilapiya balığı. Bu balığın qəbulu zamanı orqanizmdə xolestrinin miqdarı artır və allergenlərə qarşı həssslıq artdığından ürək xəstəliklərində,artritdə və astma xəstəliyində məsləhət görülmür.

5. İlan balığı (Uqor)

Dərisinin yağlılığı çox olduğundan ilan balığı sənaye və kənd təsərrüfatı tullantılarını asanlıqla özünə çəkir. Bu cəhətdən amerika növləri daha təhlükəlidir. Avropa növləri daha çox civə ilə zərərli olur. Böyüklər üçün  aylıq norma 300 qr,uşaqlara isə 200 qr.dır.

6. Panqaisus

Panqaisusun kütləvi sürətdə Vyetnamda Mekonq çayında istehsal olunur. Bu çay isə dünyanın ən çirkli çaylarının siyahısındadır. Civədən başqa balığın filesində nitrofurazon və polifosfatlar bol olur. Bu maddələr kanserogen olduğundan balığın yeyilməsi tamamilə məsləhət görülmür.

7. Yağlı balıq

Bu balığın tərkibində hempilotoksin olur,hansı ki,orqanizm tərfindən həzm olunmur,(Hempilotoksin ətə yağabənzər dad verən maddədir). Bu toksin  həzm prosesinin poza bildiyindən həzm problemi olanlara qəbul etmək məsləhət görülmür. Bişirilən zaman isə qızartmaq və ya qrildə hazırlamaq tövsiyyə olunur.

Balıqları seçərkən diqqətli olun. Özünüz tutduğunuz balığı yeməyiniz isə daha məsləhətlidir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s