Ramazanda 6 Stəkan Su

Ramazan ayı boyunca  ən dadlı yeməkləri yemək oruc tutanların haqqıdır. Amma digər tərəfdən bu ay ilə siz bədəninizin uzun müddətli əziyyətini yüngülləşdirməyə başlaya bilərsiniz.  Əgər oruc tutaraq həm də artıq çəkinizdən qurtulmaq istəyirsinizsə 6 stəkan su qanunauyğunluğu sizə kömək edəcəkdir.

Hidrat,hidrat,hidrat…

Bəklə də uzun saatlar ərzində oruc tutmağınız bunu mümkünsüz missiya kimi göstərsə də,amma hidratlaşdırma Ramazan ayı ərzində çəki atmanıza çox təsir edəcək. Maye qəbulu təkcə sizi aclıq zamanı yaranmış susuzluğu dəf etməyə deyil,həm də qida qəbulundan sonra şirniyyata meylinizi azaldacaqdır. Gün ərzində 2 litr və ya 8 stəkan mayeni aşağıdakı qaydada qəbul etməyiniz məsləhətdir:

• İftar zamanı iki stəkan (fasilə qısamüddətli olsun)

• Dörd stəkan İftarla İmsak arasında – hər saata bir stəkandan artıq olmaz

• İmsak zamanı iki stəkan

Nəzərə alın ki,kofein tərkibli içkilər (qara çay,kofe və s.) nəzərə alınmır,ümumiyyətlə bu sidikqovucu içkilərdən uzaq durmağınız məsləhət görülür. Onların əvəzinə suda bitki çayları sizə həzm prosesində kömək edəcəkdir.

Ramazan zamanı iftarda yüngül balanslaşdırılmış qida qəbul etmək lazımdır. Ramazanda metabolizm sürəti azalır,nəticədə enerjiniz azalır. İftar zamanı yemədiyiniz bütün saatların yeməyini qəbul eləməli deyilsiniz. Gün ərzində ac qaldığınızı unudun. Sanki həmişəki,adi şam yeməyi qəbul etdiyinizi düşünün.

Orucu açarkən xurmadan istifadə edin. Çünki aclıq zamanı itirdiyiniz şəkəri qısa müddət ərzində parçalayıb orqanizminizə bəxş edəcək nemətdir xurma. Bir xurmadan artıq yemək lazım deyil,xurmanın tərkibində kifayət qədər yüksək miqdarda şəkər var. Sonra balaca porsiya şorba qəbul edin. Şorbanız tərəvəzli,(məs. mərcili) olsun. Krem əsaslı şorbalardan uzaq olun. Şorbadan sonra tərkibində 1-2 qaşıqdan artıq olmayan zeytun yağı əlavə olunmuş tərəvəz salatı qəbul edin. Karbohitratlarla bol olan digər qəlyanaltılardan uzaq olun.  Sonra fasilə edin. Həzm sisteminizin yüklənməməsi üçün bu vacibdir.  Dualarınızı edin,beş dəqiqə də olsa gəzin və ya sadəcə ünsiyyətdə olun. Bundan sonra demək olar qida qəbuluna hazırsınız. Sadəcə bir əsas yemək seçin,seçim zamanı ağıllı seçim edin. Qızardılmış yeməklərdən uzaq olun. Zülal və karbohidratla balanslaşdırılmış yemək seçin. Və ən əsası porsiyalarınıza diqqətli olun.

Qətiyyən imsakı ötürməyin. Buraxılmış imsak növbəti günün iftarında artıq yemək yeməyinizə səbəb olacaq. İmsakda duzdan uzaq olun ki,gün ərzində susuzluqdan əziyyət çəkməyisiniz. İmsak karbohidratlarla bol olmalıdır,məsələn bütövtaxıllı çörəkdən istifadə edin. Bu adi ağ çörəkdən daha yaxşı seçimdir. Həmçinin imsak yeməyiniz zülalla da bol olmalıdır,məs.,süzmə,pendir,yumurta yaxşı zülal mənbəyidir. Belə kombinasiyalar sizə qanda qlyükozanın miqdarını stabil saxlamağa kömək edəcək və sizin gün ərzində aclığa davamlı olmağınıza səbəb olacaq.

Aktiv qalın. Oruc tutmağınız sizin üçün tənbəl olmağa,bütün günü yatmağa səbəb deyildir. Ramazan günləri ərzində gündəlik rejiminizdə olun. Aktivliyiniz adi qaydada olsun,həddindən artıq yüklənməyin. Aktiv günəşdən və çox istidən uzaq olun.

Allah qəbul eləsin.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s