Banan haqqında

Hamımız bananı eqzotik meyvə kimi çox sevirik. Bəlkə də bananı artıq eqzotik meyvə adlandırmaq düzgün olmaz. Çünki banan alma,armud kimi il boyu gündəlik süfrə meyvəsinə çevrilmiş səviyyədədir.

Banan yetişməmiş dərilən meyvədir. Banan çox həssas incə meyvədir. Uzaq məsafələrə temperatur 14 dərəcədən artıq olanda göndərmək olmur bananı. Ona görə bananı son alıcıya normal görünüşdə,vəziyyətdə çatdırmağın yeganə üsulu soyuducu kameralar quraşdırılmış nəqliyyatdan istifadə etməkdir. Yaşıl halda dərilmiş bananların bərabərsəviyyəli yetişməsi üçün onları xüsusi qaz kameralarına yerləşdirirlər. Bu kameralarda bananlar tez,eyni səviyyədə,səliqəli şəkildə yetişirlər. Əvvəl bananları aşağı temperaturlu,xüsusi nəmişliyi olan kameraya yerləşdirirlər,sonra isə qaz kamerasında “Banan-Qazı” ilə emal edirlər. “Banan-Qazı” adlandırılan qaz qatışığının 5%i etilendən,95%i isə azotdan ibarətdir. Bu tərkib bananların təbii yetişməsi zamanı onlardan ayrılan qazın analoqudur və insan orqanizmi üçün təhlükəsizdir. Qaz kamerasında yetişdirilmiş  bananların dadı ilə təbii öz gedişatı ilə yetişmiş bananın dadında yerlə göy qədər fərq var. Əlbəttə qazlaşdırılmış banan öz gözəl təbii dadını itirmişdir. Qazlaşdırılmamış “BİO” bananlar indi demək olar satılmır. Bazar iqtisadiyyatında kimsə yaşıl bananları gətirib,öz anbarında naməlum müddətə yetşməsini gözləyən deyil. Hələ heç bəlli də deyil bananlar bərabərsəviyyəli saralacaq,ya yox?

Yaşıl bananı yesək nə olar? Bananın yaşıl rəngli olması onun tərkibinin nişasta ilə bol olmasının göstəricisidir. Banan yetişərkən həmin nişasta şəkərə çevrilir. Ona görə yaşıl bananı həzm eləmək çətin olur və köp verir.

Bəs qaralmış bananı yesək nə olar? Dükandan sarı alınmış bananın qısa müddətdə öz gözəl görünüşünü itirərək qaralmasına səbəb qazlaşdırılma prosesinin düzgün olmaması və ya saxlanma şəraitinin pozulmasıdır. Belə qara bananı yesək heç bir ziyan görməyəcik,amma dadı gözəl olsa da görüntü zövqü də almayacıq.

Çalışın tapa bilsəz qazlaşdırılmamış yaşıl banan alın. Yaşıl olması sizi narahat etməsin,istədiyiniz kimi yetişməsi üçün aldığınız bananları eyni paketdə digər meyvələr (məs. alma və ya armud) ilə birgə saxlayın. Bu meyvələrin xaric etdiyi təbii etilen bananları yetişdirəcək. Yaşıl banan tapmayıb saralmışını alası olsaz,onu tez qaralmaqdan qorumaq üçün bananları falqa,strec ilə kip bağlamaq və ya digər meyvələr olan paketdən kənarlaşdırmaq lazımdır.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s