Plastik Qablaşdırmaların Təhlükəsi

Artıq yazdır və yay qapımızı döyməyə hazırlaşır. İsti havalarda suya olan tələbatımız artır. Bəs su alarkən hansı qablaşdırmada olan suyu almalıyıq? Daha çox plastik qablaşdırmada olan sudan istifadə edirik. Həm yüngüldür,həm də münasib. Bəs həmin plastik qablaşdırmanın üzərindəki xüsusi işarələrə diqqət yetiririkmi? Bu işarələrin əhəmiyyəti çox böyükdür. Həmin işarələrlə plastik qablaşdırmanın hansı plastikdən hazırlandığını bilə bilərik ki,bu da öz növbəsində plastikin xaric etdiyi kimyəvi maddələrlə özümüzü nə qədər çox zəhərlədiyimizdən agah edəcək bizi.

1. PET və ya PETE

Bu PETlər birdəfəlik qablardır. Onlar daxilindəki mayeyə insanın hormon balansına təsir edə bilən ağır metallar və xüsusi maddələr xaric edə bilər.

PET – dünyada ən çox istifadə olunan plastik növüdür.  Yadda saxlamaq lazımdır ki,o sadəcə birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əgər siz həmin qaba öz suyunuzu əlavə edirsinizsə deməli PETlərin sevdiyi çoxlu miqdarda bakteriyalar və qələvi elementləri orqanizmə daxil etməyə hazırlaşırsınız.

2. HDP və ya HDPE

Bu növ plastik demək olar yaxşı plastikdir. Demək olar heç bir zərərli maddələr xaric etmir. Mütəxəsislər məsləhət görür ki,imkan daxilində məhz bu qablaşdırmada olan suyu alıb içəsiniz. Həm təhlükəsizdir,həm də təbiətsevərdir bu plastik: demək olar tam olaraq həll olandır.

Bu bərk plastik növü adətən süd saxlamaq üçün,oyuncaq üçün,yuyucu vasitələr və bəzi plastik paketlərin istehsalında istifadə olunur.

3. PVC və ya V

Bu plastik növü ən azı iki təhlükəli kimyəvi maddə xaric edir ki,insanın hormon balansına pis təsir edir.

Bu yumşaq plastikdən adətən bitki yağlarının qabları və uşaq oyuncaqlarının istehsalı üçün istifadə olunur.  Ondan kompyuter naqilləri,plastik borular,santexnika məhsulları istehsal olunur. PVC birbaşa gün işıqlarına və havaya dözümlü olduğundan ondan plastik qapı-pəncərə də hazırlayırlar. Əgər alternativ seçim varsa PVC almamağınız məsləhətdir.

4. LDPE

Bu plastikdən qabların və plastik torbaların hazırlanmasında istifadə olunur. Bu plastik suya kimyəvi maddələr xaric etmir.

Amma bu plastik su üçün təhlükəsizdir. Ərzaq dükanında bu plastikdən hazırlanmış torbada olan yeməyi almağınız məsləhət deyil. Çünki həmin yeməklə yanaşı ürəyiniz üçün zərərli bəzi kimyəvi maddələri də yemiş olacaqsınız.

5. PP

Bu palstik ağ rəngli və ya yarımşəffaf olur. Sirop və yoqurtların qablaşdırılmasında istifadə olunur.

Polipropilen termiki dözümlüyünə görə qiymətləndirilir. İsinəndə PP ərimir. Nisbi təhlükəsizdir.

6. PS

Adətən kofe stəkanları və tez hazır olan qidalar üçün konteynerlərin istehsalında istifadə olunur. İsinən zaman təhlükəli kimyəvi birləşmələr xaric edir.

Polistirol – ucuz,yüngül və kifayət qədər möhkəm plastik növüdür ki,isti yemək və içkilərə istifadə üçün yaramır.

7. PC və ya xüsusi işarəsi olmayan plastik

Bu növ plastik ən təhlükəli plastikdir. Su və qida üçün olan konteynerlərin istehsalında istifadə olunur.

Polikarbonatda qida və ya suyu saxlamaq qətiyyən düzgün deyil. Polikarbonat “Bisfenol A” maddəsi xaric edir ki,bu maddə insanın endokrin sistemini məhv edir. Estrogen hormonunun ifrazını zəiflədir.

Və sonda… Bir daha plastik qablaşdırmada nəsə alarkən iki dəfə düşünün. Əlbəttə şüşə qablaşdırma daha təhlükəsizdir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s