Artıq çəkidən xilas olmağa kömək edəcəklər

on

Bugün sizə yağyandırıcı qida maddələrin bir neçəsini bildirəcəm. Dietada olanlar,artıq çəkidən əziyyət çəkib arıqlamaq istəyənlər daha da diqqətli olsunlar. Aşağıda sıralanan qida maddələrini öz gündəlik rasionlarına əlavə etsinlər.

1. Süd məhsulları.

Süddən başqa qalan süd məhsulları orqanizmdə kalsitriol hormonunun artmasına səbəb olur ki,o da öz növbəsində toxumaların yağ yandırmasına səbəb olur. Mütəxəsislərin araşdırmalarına görə yağsız süd məhsulları: yoqurt,kefir,kəsmik və s. artıq çəkidən azad olmağa kömək edir,artıq piy təbəqəsinin yaranmasının qarşısını alır.

2. Zəncəfil.

Efir yağları ilə bol olan zəncəfil metabolizmi gücləndirir ki,sürətli şəkildə yağyandırıcı fəaliyyət göstərir.

3. Kələm.

Kələm, rəngli kələm, brokkoli — artıq çəki ilə mübarizə aparan bitkilər. Kələm bədəndə süngər kimi işləyib artıq şlaklardan orqanizmi azad edir. Rəngli kələm və brokkoli isə vitamin və mikroelementlərlə zəngindir.

4. Xiyar.

Xiyar — Arıqlama zamanı effektiv bitkidir,əlbəttə digər bitgilər kimi xiyar da öz təbii yetişmə dövründə daha xeyirlidir.

5. Darçın.

Artıq çəkidən azad olmaq üçün çox qısa zamanda istifadə olunmasına baxmayaraq özünü qısa müddətdə doğruldub darçın. Darçın qanda şəkərin miqdarını azaltdığına görə yağların toplanmasını zəiflədir.

6. Qreypfrut.

Qreypfrut dietası əfsanə deyil. 12 həftə ərzində hər gün yarım qreypfrut yeyən şəxslər orta hesabla 1,5 kq çəki atıblar. Öz kimyəvi quruluşuna görə vitamin “C” ilə zəngin bu sitrus bitgisi insulinin miqdarını azaldır ki,çəkinin azalmasına səbəb olur öz növbəsində.

7. Yaşıl çay.

Yağların qatili desək yaşıl çaya yanılmarıq. Məlum olub ki,yaşıl çayın ekstraktı maddələr mübadiləsini sürətləndirir ki,çəkinin azalmasına kömək etmiş olur. Bu çay kefi düzəldir,ürək və xərçəng xəstəliyindən müdafiə edir.

8. Su.

Su çəkinin azalmasını sürətləndirir. Almaq alimlərinin araşdırması göstərir ki,hər gün 500 ml su qəbul edən zaman kalorinin yanması daha 30% sürətlənir. Su eyni zamanda təbii iştahöldürücü xüsusiyyətət malikdir. Eyni zamanda bədəndən duz və toksinlərin yuyulmasına kömək edir.

9. Moruq.

Moruq meyvə enzimləri ilə boldur,hansı ki,yağların parşalanmasını sürətləndirir. Yeməkdən yarım saat əvvəl yeyilmiş yarım stəkan moruq,mədəyə ziyafətlə bacarmağa kömək edir. bu giləmeyvə metabolizmi sürətləndirir.

10. Xardal.

Xardal mədə şirəsinin ifrazını sürətləndirir və mədə-bağırsaq traktının işini yaxşılaşdırır.

11. Portağal.

Bir portağal 70-90 kalori çəkisindədir. Bir portağaldan sonra 4 saat doyma hissiyatı olur.

12. Badam.

Badamın tərkibində olan yağların sadəcə 40%i həll olur,yerdə qalan 60% yağ isə həll olmadan orqanizmi tərk edir. Beləliklə badam həm doydurur,həm də özündən sonra lazımsız kalori saxlamır.

13. Xren.

Xrenin tərkibində olan fermentlər yağların yanmasına kömək edir. Balıq və ət yeməklərini xrenlə bol edin.

14. Lobya.

Lobyada olan bol zülal özü metabolik olduğundan uğurla yağların yanmasına şərait yaradır. Başqa sözlə zülalla bol olan yeməyin həll olması üçün orqanizm bol enerji sərf edir. Bu enerjini isə o öz yağ ehtiyatından götürür.

15. Qırmızı şərab.

Qırmızı şərabın tərkibində resveratrol adlı aktiv inqridient var ki,yağ toxumalarının reseptorlarını blok edən zülalın artımını sürətləndirir. Resveratrol yağların parçalanmasını sürıtləndirir və yeni yağların əmələ gəlməsinin qarşısını alır.

16. Alma və Armud.

Hər gün üç balaca alma və ya armud yeyən qadınlar azkalorili dietada olan digər qadınlarla müqaisədə  daha çox çəki atırdılar. Bu səbəbdən alma və armudu dieta zamanı unutmaq lazım deyil.

17. Yulaf yarması.

Yulaf yarması həllolan toxumalarla zəngindir. Fiziki məşqlər üçün enerjini,arıqlamaq üçün doyma hissini bəxş edir.

Yağyandırıcı qida maddələri artıq çəkidən xilas olmağımız üçün bizim ən yaxşı dostlarımızdır. Amma unutmaq lazım deyil ki, artıq çəkidən azad olmaq üçün sadəcə qida maddəsinin özü kifayət etmir. Düzdün rasion,düzgün idman və düzgün zamanlama lazımdır. Bunun üçün isə həkim-dietoloqlara müraciət etmək lazımdır.

Hər kəsə artıq çəki ilə mübarizədə uğurlar.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s