Hansı qida əlavələri təhlükəlidir? (I Hissə)

on

Hansı qida əlavələrinin nə üçün təhlükəli olduğunu hamı bilməyə bilər. Amma ən azından bilinənləri yada salmaq lazımdır. Bu qida əlavələrini alınan məhsulun üzərində oxumaq olar. (Əlbəttə istehsalçı gizlətməyibsə). Beləliklə birinci hissə şəkərəvəzedicilər və trans-yağlara həsr olunur.

Şəkərəvəzedicilər

Bütün şəkərəvəzedicilərin güclü ödqovucu xüsusiyyəti vardır. Öd yolları xəstəliklərindən əziyyət çəkənlərin xəstəliklərinin gedişatı şəkərəvəzedicilərlə sürətlənir.

Açesulfam (E950) – 1974cu ildə ABŞ alimləri tərəfindən bədxassəli şişlərin inkişafına səbəb olan aşağısürətli zəhər maddəsi kimi təstiq olunub.

Aspartam (E951) – Kommersiya adları: svitli,slastilin,sukrazid,nutrisvit. 1985ci ildə aspartamın kimyəvi qeyristabilliyi aşkar olunub: 30 dərəcəyə yaxın temperaturda qazlı sularda metanol və fenilalaninin yaranmasına səbəb olur.

Çiklamat (E952) – 1969cu ildən ABŞ,Fransa,Böyük Britaniya və bir çox başqa ölkələrdə böyrək çatışmamazlığı yaratması şübhəsi ilə qadağan olunmuşdur. Amma ucuz qiymətinə görə bir çox postsovet ölkələrində istifadə olunur.

Sorbit (E420) – Böyük dozalarda ( birdəfəlik qəbul zamanı 30 qramdan artıq) mədə pozuntusuna səbəb ola bilər.

Trans-yağlar

Bu süni üsullarla alınmış xüsusi doymamış yağlar orqanizmə daxil olanda toxuma metabolizminin pozulmasına səbəb olur. Hidrogenləşdirilmiş bu yağların təsiri ilə toksinlər orqanizmdə qaldığından xəstəliklərə səbəb olur trans-yağlar.

72,5%li yağ gördükdə trans-yağ görmüş olursunuz. 82,5%dən aşağı faizli yağ olmur. Trans-yağların qəbulu orqanizmin stressə qarşı davamlılığını zəiflədir və depressiyaya səbəb olur. Trans-yağlar olan məhsullar:

  •  Marqarin,
  • Yumşaq yağlar,kərə və bitki yağlarının qatışığı,
  • Bitki yağları,
  • Mayonez,
  • Ketçup,
  • Fast-Food məhsulları (məs. Fri-Kartofu),
  • Şirniyyat məhsulları – tortlar,pirojnalar,peçenyelər,krekerlər və s.,
  • Çipsilər,Popkorn,
  • Dondurulmuş yarımfabrikatlar.

Hələ ki, bu şəkərəvəzedici və trans-yağlar olan qidalardan maksimum uzaq olaq,ailəmizi uzaq edək. İkinci hissədə digər təhlükəli qida və qida əlavələrindən məlumat olacaq.

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s