Listeriya ilə Hamiləliyə Son

Listeriya deyiləndə ilk olaraq ağlınıza nə gəlir? Listeriya deyiləndə “Çətin” sözünü qəbul edin. Qida üçün təhlükə yaradan ən çox yayılmış bakteriyalardan biridir Listeriya. İstehsalat sahibisizsə onun haradan gəldiyini,necə gəldiyini təyin eləmək çox çətin olur adətən.

Listeria-monocytogenes

Ən pis nəticənin qarşısını almaq üçün səbəbləri necə analiz edək? Listeriya özü üçün yaxşı yer tapan kimi çoxalmağa başlayır. Çoxalmağa başladısa şirkətin çoxlu miqdarda pul itirməsinə ən pis halda bankrot olub bağlanmasına səbəb olacaq.

Əvvəl gərək bilək ki, Listeriyaya hər yerdə rast gələ bilərik. Evdə,qida istehsalı sahələrində,pərakəndə satış məntəqələrində,qida bitkilərində və s. Onu idarə etmək çətindir. Çünki ətraf mühitdə hər şeyi,hətta soyudulmuş qidanı da çirkləndirə bilər. Listeriyanın əsas pis üstünlüyü onun soyuq şəraitdə (hətta Soyuducuda) də çoxala bilməsidir. Listeriya ölümə də səbəb ola bilər. Ən çox hamilələr,qocalaq və uşaqlar risk qrupuna aiddirlər.

Listeriyanı idarə etmək üçün onun inkişafının qarşısını almağa çalışmaq lazımdır. Bunun üçün zaman,temperatur,təmizliklə mübarizə aparmaq olar qismən. Listeriyanın toplanma məntəqələrini bilsək ona qismən qalib gəlmək imkanımız var. Beləliklə Listeriya adətən döşəmədə,su axarlarında,soyuducularda,yuyucu vasitələr olan fırça və süngərlərdə,yuyucu sahələrdə olan avadanlıq və məhsullarda,qida ilə təmasda olan səthlərdə,divar və tavanda,sıxılmış havada və s. yerlərdə olur. Bu səbəbdən gərək yuxarıda göstərilən bütün sahələr tez-tez xüsusi təmizlik vasitələri ilə yuyulsun. İstehsalan sahəsində və ya alətlərdə çat,qırıq,nahamar səthlər potensial toplanma məntəqəsidir. Yuyulma vaxtı aerozollardan istifadə məsləhət görülmür ki,Listeriyanın daha da yayılmasına səbəb olmayaq.

Düzgün gigiyenaya riayət edərək,düzgün təmizliyə nail olsaq ən azından Hamilələrin övladlarını Listeriyaya görə itirməsinin qarşısını ala bilərik. Öz istehsalatınızda,kafenizdə,restoranınızda,evinizdə ən azından həftəlik təmizliyə fikir verin.

P.S. Bakıda hansı restoranın bir neçə saat işini dayandırıb mətbəxini təmizlədiyini bilən varsa adını şərhə yazsın orada rahat yemək yeyək.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s