Məhsulun İstifadə Müddəti və İşarələnməsi

Bakımız böyüdükcə burada olan ticarət obyektləri,super marketlər də böyüyür. Super marketlər böyüdükcə onların vitrinlərində yerli məhsullarla yanaşı xaricdən idxal olunmuş məhsullara da rast gələ bilirik. Şəhərin “bahalı” marketlərində bahalı xarici məhsulların üzərində fərqli istifadə müddəti nişanlarına rast gəlmək olar. Bu nişanların bəzilərini istifadəçilərin alış-veriş zamanı səhv seçim edib,aldanmamaları üçün və ən əsası özlərini və yaxınlarını təhlükəyə atmamaları üçün aydınlaşdırmaq qərarına gəldim. Beləliklə:

Yerli istehsalçıların əksəriyyəti “Son İstifadə Tarixi” və ya “SİT” nişanlanmasından istifadə edir ki,bunu hamımızın rahatlıqla başa düşürük və göstərilən tarixi keçmiş məhsulu alıb istifadə etmirik. Xaricdən idxal olunmuş məhsullarda “Son İstifadə Tarixi” “Expired Date” kimi, “SİT” isə “Exp Date” və ya “Exp” kimi qısa şəkildə qeyd oluna bilər.

Bu işarələrdən başqa məhsulların üzərində “Best Before”, “Best if Used By”, “Sell-By”, “Use-By” kimi yazılara da rast gələ bilərik. Bəs bu yazıların anlamı nədir?

  • “Best if Used By/Before” yazısı məhsulun göstərilən tarix çərçivəsində ən yaxşı ləzzətə və keyfiyyətə sahib olduğunu bildirir. Bu məhsulun alınma və ya təhlükəsizlik göstəricisi deyil.
  • “Sell-By” yazısı satıcıya məhsulu hansı müddətə kimi satış üçün vitrində saxlaya biləciyini göstərir. Bu təhlükəsizlik göstəricisi deyil.
  • “Use-By” yazısı məhsulu yüksək keyfiyyətdə istifadəsi üçün məsləhət görülən son tarixidir.

Beləliklə məhsulları “SİT” “Exp” “Use-By” tarixlərindən sonra istifadə etmirik! Həmin tarixlərə çatmış qidalar istifadə üçün yararsızdır və xəstəliyə-zəhərlənməyə səbəb ola bilər.

“Best Before” və ya “Best if Used By” yazıları olan məhsulları isə həmin tarixdən sonra istifadə etmək olar,sadəcə keyfiyyətinə zəmanət yoxdur.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s