Zəhərlənmə və ya Daşıyıcı olma

Hazır çiy qidaların təhlükəli olmasına səbəb onların adətən otaq temperaturunda saxlanmasıdır. Məsələn:tərəvəz salatları,yemiş,giləmeyvə və ya pasterizə olunmamış alma şirəsi. Bu qidalar patogenlərin çoxalmasına şərait yaratmadıqlarından az saylı virus, E.coli 0157,şigella və s. xəstəliyə – qida zəhərlənməsinə səbəb olur.Hazır çiy qidalarda bu halların olmasına səbəb qidanın çirkab sularla çirklənməsini və ya yığım zamanı gigiyenik minimumlara riayət olunmamasını göstərmək olar. Bu səbəbdən hazır çiy qidaları belə yaxşı olardı ki, soyuducuda saxlayıb,istifadədən öncə yaxşıca yuyub dezinfeksiya edəsiniz.

Hazır olması üçün bişirilməli olan qidalar adətən çox saylı qida zəhərləyici bakteriyalarla yoluxmuş olur. Məsəslən: çiy ət,süd,yumurta,toyuq məhsulları və ya torpaqla çirklənmiş tərəvəzlər. Bu həhsullar əgər hazır qidalarla bir soyuducuda saxlanılırsa mütləq riskin qarşısını almaq üçün maksimal məsafədə saxlanılmalıdır ki,çirklənməyə səbəb olmasın.

Qida zəhərlənməsi – adətən çirklənmiş və ya zəhərli qida yemək nəticəsində baş verən kəskin xəstəlikdir.

Bura qida və ya toksinlərə qarşı allergiya daxil deyil.

Qida zəhərlənməsinin simptomlarına aşağıda sadalananlardan biri və ya bir neçəsi daxildir: qarın ağrısı, diareya, ürəkbulanma,qusma, qızdırma .

Daşıyıcı – heç bir xəstəlik simptomunu biruzə verməyən amma qidanı çirkləndirə biləcək patogenləri xaric edən biridir.

Daşıyıcılar həmin patogenləri hissə-hissə də xaric edə bilər.

Qida zəhərlənməsi riskinə daha çox körpələr,azyaşlı uşaqlar,qocalar,xəstə şəxslər,hamilə qadınlar və doğulmamış uşaqlar məruz qalır. Özümüzü və ətrafımızı qoruyaq. Gigiyenik qaydalara düzgün riayət edək.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s