Aşpaz Abbas Aş Asmış

Hər il olduğu kimi,bu il də oktyabr ayının 20si beynəlxalq aşpaz günü kimi qeyd edildi. Bütün aşpazları bir daha təbrik edirəm günləri münasibətilə. Aşpazlıq elə peşədir ki,evdən kənarda yemək yeyərkən yeməyini dadan hər kəs ya sənin daimi müştərin olur ya da bir daha səni və sənin hazırladığın yeməyi görmək belə istəmir.

Azərbaycanlı olaraq biz yeyib-içməyi sevən xalqıq. Ona görə xoşumuza gələn hər hansı yeməyi və məkanı daim ətrafımızla bölüşən bir xüsusiyyətimiz var.  Bu bəyənilmə yediyimiz təamın dadı və xidmətə görə formalaşır desək yanılmarıq. Amma əsl aşpaz sadəcə yeməyi dadlı bişirib gözəoxşar tərzdə təqdim etməlidir? Yalnız budurmu aşpazın bacarmalı olduğu iş? Bəs nə vaxtsa hansısa məkanda kiminsə yedikdə çox bəyəndiyini amma bir neçə müddət sonra zəhərlənib xəstəxanalıq olduğunu biləndə heç o yerə ayaq basmaq istəyərsənmi? Məncə o səhvi kimsə təkrar eləməz.

Aşpazın əlinin dadı-duzundan başqa vacib xırda amma böyük məqam,onun təmizliyidir. Ən azından şəxsi gigiyenik xüsusiyyəti düzgün olmayan biri işinizi inkişaf elətdirib,müştəri məmnuniyyətini doğrulda bilməz.

Yaxşı Şəxsi Gigiyena qida zəhərlənmələrinə  qarşı  əsas mühafizə vasitəsidir. Bunun üçün bilməliyik ki:

  • Mətbəxə çöl geyimimiz ilə daxil olmalı deyilik. (Şəxsi əşyalarımızı,çöl geyimimizi palyardəyişmə otağında saxlamalıyıq).
  • Bütün saat-zinyət əşyalarımızı çıxartmalıyıq.
  • Mətbəxdə geyinmək üçün xüsusi-qoruyucu-təmiz işçi geyimimiz olmalıdır.
  • İşçi formamıza saçımızı tam bağlayan baş geyimi və qoruyucu ayaq geyimi də daxildir.
  • Dırnaqlar qısa,dibi təmiz və boyasız olmalıdır.
  • Kişilərin üzü qırxılı,qadınların makiyajı az olmalıdır.
  • Ətir-parfumdan yetərincə,həddindan artıq istifadə etməməliyik.
  • Əllərimizi ən azından mətbəxə daxil olmamış,hər işə başlamamışdan əvvəl,çiy məhsullara toxunandan sonra,hazır məhsullara toxunmamışdan əvvəl,tualetə baş çəkəndən sonra,öskürüb-asqırandan sonra xüsusi antibakterial,qoxusuz sabunla yumalıyıq.

Hər kəsə gigiyenik aşpazların hazırladığı gigiyeyik yeyib-içmək nəsib olması niyyəti ilə.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s