Qidada Risk Qrupları

Yaşam enerjimiz olan qidaları da qruplara ayıra bilərik. Bu qruplar qida zəhərlənməsinə səbəb olma riskinə əsaslanır desək yanılmarıq. 

İlk öncə yüksək risk qrupundan başlayaq. Yüksək risk qrupuna aid qidalara qida zəhərlənmələrində daha çox rast gəlirik. Bu qidaların tərkibi əsasən zülalla bol olduğundan və nəmişliyi də az olmadığından uyğun şəraitdə qida zəhərləndirici bakteriyalar onlarda rahatlıqla çoxala bilir. Bu səbəbdən  yüksək risk qrupu qidaları ciddi şəkildə hər hansı çirklənmədən qorumalı və temperaturuna nəzarət etmək lazımdır.

Yüksək Risk Qrupuna aid Qidalar:

  • Bütün bişmiş ət və toyuq məhsulları;
  • Ət sousları,piroqları,paştetləri;
  • Süd və süd məhsulları,pendir,kremlər,dondurmalar;
  • Bişmiş yumurta və məhsulları, çiy yumurtadan hazırlanan amma tam bişirilməyən məhsullar: məsələn mus,mayonez və ev dondurması;
  • Molyusk,balıq və digər dəniz məhsulları, məsələn bişmiş krivetka və istridyə;
  • Bişmiş düyü,pasta və bişmiş kartof və ya tərəvəzlər ( tərkibi az zülallı olsa da).

Aşağı risk qrupuna aid qidalar çox nadir hallarda qida zəhərlənmələrinə səbəb olur. Onlar bakteriyaların çoxalmasına səbəb olmadıqlarına görə otaq temperaturunda saxlanıla bilər.

Aşağı Risk Qrupuna aid Qidalar:

  • Qurudulmuş qidalar,tərkibində nəmişliyi az olan,məsələn,un,düyü,çörək və peçenye;
  • Mürəbbə;
  • Turşuluğu çox olan ( pH < 4.0 ) sirkə və ya sirkədə saxlanılan qidalar;
  • Salami kimi fermentləşdirilmiş qidalar;
  • Yüksək yağlılığı olan qidalar;
  • Şokolad kimi yüksək şəkər tərkibli qidalar;
  • Açılmamış konservləşdirilmiş qidalar.

Bütün yuxarıda sadalanan aşağı risk qrupuna aid qidalar qısa emaldan sonra yüksək risk qrupuna çevrilə bilər. Sağlamlığınızı riskə atmayın. 😉

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s