Yaxşı Gəlir Üçün Yaxşı İşlə(T)

Bugün qida təhlükəsizliyinin biznes tərəfini açıqlamağa çalışacam. Nə olmasa da yaxşı pul qazanmaq,gəlir əldə etmək hər kəsin istəyidir. Və heç kəs kiçik xəsisliyə görə böyük gəlirlərdən imtina etmək istəməz. Qida biznesi ilə məşğul olan şəxslərin hüquqi,maddi və mənəvi cəhətdən təhlükəsiz qida istehsal etmək məsuliyyəti var.

Pis gigiyena nəticəsində baş vermiş qida zəhərlənmələrinin fəsadları çox yüksək ola bilər. Bu maddi və mənəvi xərclər sahibkar və işçinin çiyinlərinə düşür.

Əvvəl başlayaq sahibkar üçün pis nəticələrdən:

  1. Çirklənmiş qidanı yeyən işçinin xəstələnməsi və iş gününün itirilməsi.
  2. Yerli inzibati orqanlar tərəfindən istehsalat prosesinin dayandırılması və müəssisənin bağlanması.
  3. Brendin zədələnməsi: biznesin və ya reputasiyanın itirilməsi. Bu ya pis reklamdan ya da ictimaiyyətin qeyri-kafi standartlar,qida zəhərlənmələri,hətta ölüm hadisələrinə qarşı olan reaksiyalarındandır.
  4. Ziyanvericilərlə çirklənmə riskinin artması.
  5. Qeyri-qənaətbəxş və ya yararsız qidanın satışı,və ya gigiyenik standartların pozulmasına görə tətbiq olunan cərimələr.
  6. Qidada olan yad cisimlərə görə travma alanların tibbi yardım,mənəvi və məhkəmə tələbləri.
  7. Düzgün olmayan saxlanma temperaturu ilə,ziyanvericilərin təsiri ilə,düzgün olmayan anbar siyasəti ilə ərzaq məhsullarının keyfiyyətini itirilməsi,vaxtından əvvəl xarab olması.
  8. Zəif standartlara dözmək istəməyən personalın həvəssizliyi,işlərinin effektsizliyinə görə xərclərin yüksək olması.
  9. Şikayətlərə görə daxili araşdırmalara və zərərsizləşdirməyə sərf olunan xərclər.
  10. istehsalatdan itki.

İşçilər üçün pis nəticələr:

  1. Biznesin itirilməsi və bağlanmasına görə iş yerinin itirilməsi.
  2. Uzunmüddətli qida zəhərləndiricilərin daşıyıcısı olduğuna görə müalicə xərcləri (xüsusilə Salmonella).
  3. Əlavə vaxta və bonuslara görə əlavə gəlirlərdən məhrum olma.

Bəs düzgün qayda-qanuna riayət olunsa idi,vəziyyət necə dəyişərdi?

  1. Brendin qorunması,inkişafı.
  2. Razı müştərilər və yaxşı reputasiya böyük əminlik yaradır və biznesi inkişaf elətdirirdi.
  3. Qida təhlükəsizliyi standartlarının təkminləşdirilməsi.
  4. Qida tullantısının azalması,qidanın ömrünün uzanması.
  5. Yaxşı iş şəraiti işçilərin yüksək əhvalına səbəb olur ki,bu da öz növbəsində məhsuldarlığın artmasına səbəb olurdu.
  6. Qida şikayətlərinin və qida zəhərlənməsi riskinin azalması.

Bütün yuxarıda yazdıqlarımı hər hansı sahibkar nəzərə alarsa heç də peşman olmaz. Daha dərin,ətraflı məsləhət üçün müraciət də edə bilərlər.

P.S. Paylaşaq sahibkarlar görsün 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s