Təhlükəsizlik Üçün Supervayzer Ol

Hər hansı bir tədbir keçirmək üçün və ya sadəcə aclığımıza son qoymaq üçün şəhərimiz müxtəlif məkanlarla boldur. Biz hər hansı bir məkanı seçərkən onun xarici və daxili görünüşünə,ümümi təmizlik görüntüsünə, az-çox eşitdiyimiz rəylərə  və sonda qiymətinə fikir veririk. Fikir vermədiyimiz çox nüanslar da var. Məsələn təqdim olunacaq qidanın təhlükəsizliyi. Bu ən əsas göstəricidir əslində. Müştəri olaraq səhvləri sezmək heç də asan olmaya bilər. Amma ən azından iş sahibi olan və ya sadəcə işləyən biri olaraq minimum vicdana sahibiyiksə təqdim etdiyimiz qidanın təhlükəsizliyi üçün kiçik biliklərə sahib olmalıyıq. Düşünürəm  ödənişsiz,sadə dilli bu və bundan sonrakı yazılar ilə minimal qida təhlükəsizliyi supervayzer biliklərini aşılaya biləcəm.

Bilməliyik ki: Təhükəsiz qida zərərverəbiləcək istənilən amildən azad olan ,xəstəlik və ya ziyan törətməyəcək qidadır. Qida zəhərlənməsi araşdırmalarında iştirak edənlər adətən sadəcə olaraq ərazinin təmizlik görüntüsünə  fikir verir. Əgər qida təhlükəsizliyinin məqsədi qida zəhərlənməsinin qarşısını almaq,qidanı hər hansı təhlükədən qorumaqdırsa onda təhlükəsizlik sadəcə təmiz görünüş deyil. Daha böyük məvhumdur. Bura hazırlanma,emal,istehsal,saxlanma,daşınma,paylanma,satış,çatdırılma vaxtı qidanın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər bir nüans daxildir.

Beləliklə:

  1. Qidanı çirklənmə riskindən qorumaq: yəni qidaya kənar nələrinsə düşməsinin qarşısını almaq. Bura zərərverici bakteriyalar,kimyəvi zəhərləyicilər və fiziki yad cisimlər də daxildir.
  2. İstehlakçının zəhərlənməsinə və ya qidanın vaxtından əvvəl xarab olmasına səbəb ola biləcək istənilən bakteriyanın çoxalmasının qarşısını almaq.
  3. Qidada ola biləcək istənilən bakteriyaları düzgün emal,termiki mübadilə və şüalandırma ilə yox etmək, Və
  4. İstifadəyə yararsız və ya çirklənmiş qidanı tullamaq.

Bu sadaladıqlarım supervayzer olaraq ağlımızda tutmalı olduğumuz ilk hərəki ardıcıllıqdır.

Başladıq. Supervayzerlər yetişdirmək ümidi ilə paylaşaq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s