Qənaət Etməkçün Düzgün Saxla

Bugün yazımı qənaətə həsr edəcəm.  Son dövrlərin maddi-iqtisadi vəziyyəti bunu tələb edir. Bir qəpik belə lazımsız nəyəsə pul xərcləmək istəmədiyimiz kimi,bir qəpik olsa da ödəniş etdiyimiz nəyinsə xarab olmasını da istəmirik. Bu aldığımız,saxladığımız qida və ərzaqlara da aiddir.

Bəs biz hansı ərzaqları hansı şəraitdə necə saxlamalıyıq ki,onların keyfiyyəti itməsin və ya istifadə müddəti bitməsin?  Hamı gündəlik və ya həftəlik tədarükünü tam dəqiqliklə hesablaya bilmədiyindən bunu bilmək qənaətə çox yardımçı olacaq məncə.

Birinci bunu qeyd etmək istəyirəm ki, bütün ərzaqlar istehsalçı tərəfindən tövsiyə olunan müddət ərzində istifadə olunmalıdır.  Əgər həmin müddət ərzində istifadə edə bilmiriksə onda biz onları donduraraq istifadəyəyararlı halda saxlaya bilərik.

Müxtəlif ərzaqları ümumi saxlama temperaturu və müddəti cədvəli belədir:

  • -6 Dərəcədə Bir Həftə

  • -12 Dərəcədə Bir Ay

  • -18 Dərəcədə Üç Ay

  • -18 və -25 Dərəcə aralığında Üç Ay və Daha Uzun Müddət Saxlamaq Olar,hətta qida məhsullarını dondurmaq da olar.

Ən ideal saxlanma şəraiti -18 dərəcə hesab olunur. -18 dərəcədə meyvə-tərəvəz və ət məhsullarının çoxunu 12 aya kimi saxlaya bilərsiniz.  Sosiska-kolbasa,yumşaq pendir,içalat,donuz əti və yağlı balıqları 6 aya kimi saxlaya bilərsiniz.

Unutmayın tərəvəz salatlarını,homogenizə olunmamış südü,kremi,yumurtanı və bananı dondurmaq olmaz.

Yardımçı olmaq ümidi ilə…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s