Köhnə Tibbə Yeni Texnologiya

Bugün bir az şikayət edəcəm. Şikayətim bitməz kimi görsənə bilər,mənasız kritika kimi də görsənə bilər. Bu krizis dövründə belə hal heç də xoş deyil. Son bir həftə 10 gün ərzində bir cihazın ölçümlərinin düzgünlüyünü yoxlamaq üçün kolibrasiya axtarışına çıxdım. Zəng eləmədiyim,müraciət etmədiyim ünvan qalmadı. Hətta bu məsələdə ən məsul qurumlar da daxil olmaqla bu işi ölkəmizdə görə biləcək birini tapa bilmədim. Axtarışın nəticəsi sıfırla bitdiyindən alternativlər axtardım. Qərara gəldim ki,əgər köhnə cihazı kolibrasiya edə bilmiriksə onda yeniləyək. Axtarışın ünvanı dəyişdi. Bu dəfə həmin ölçümləri apara biləcək yeni cihaz idi hədəfdə.

Beləliklə cihazı almaq üçün internetdə Tibbi Avadanlıq satışı ilə məşğul olan şirkətləri axtardım. Gözlərimə inanmadım. Bəlkə də 100dən çox şirkətin əlaqə nömrəsini,ünavanını və s. tapa bildim. Gəldik məsələnin kuliminasiya nöqtəsinə.

Son 2-3 gün ərzində yuxarıda vurğuladığım 100dən çox şirkətlə əlaqə saxlamağa çalışdım. Şirkətlərin yarısından çoxu ilə ümumiyyətlə əlaqə saxlaya bilmədim. Ya sadəcə telefona cavab vermədilər,ya göstərdikləri telefon nömrəsi işləmədi,ya çağırış səsi olmadı,ya avtocavablandırma idi. Ümumiləşdirsəm yerdə qalan 50%in yarısından çoxu nə üçündür,necə işləyir və s. belə satanı maraqlandırmalı olan sualları belə vermədən “Yox bizdə yoxdur və olmayıb” deyərək dəstəyi asırdılar. Qalan az hissə dar çərçivədə xidmət göstərdiklərindən (məsələn stomotologiya ilə bağlı fəaliyyət) cavabları bəlli idi.  Sadəcə 3 şirkətin nümayəndəsi istədiyim cihaz barəsində suallar verdilər,konkret nə istədiyimi soruşdular və əlaqə emaili istədilər ki,araşdırıb təklif göndərə bilsinlər.

Yekun: Bizdə satış edənlər satış etmək istəmirlər. Tibblə bağlı olan satış nümayəndələrinin əksəriyyəti tibbdən anlayışı yoxdur,varsa da çox dardır.

Bu qədər deyinmək bəs edər 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s