Qarpız Yeyib Özünüzü Zəhərləməyin

Yayın “yox” deyə bilmədiyimiz nemətlərindən biri qarpızdır. Süfrəmizdən yay boyu demək olar əksik olmayan bu bostan bitkisinin təbii yetişmə dövrü avqust ayı daha dəqiq isə avqust ayının sonudur.

Lakin yüksək texnologiya,emlin inkişafı özünü kənd təsərrüfatında da göstərərək bu müddəti qısaldır. Gübrələrdən istifadə edərək demək olar il boyu əslində mövsümi olan meyvə-tərəvəzdən dada bilirik. Bəs qarpız yesək bizi hansı təhlükə gözləyə bilər?

Qarpızdan zəhərlənməyə səbəb nitratlardır. Nitratlar isə azot turşusunun duzlarıdır. Qarpızdan başqa çuğundur,kök,istixana xiyarı,göyərtilər,yemiş,kələm və kartof da nitratlarla yoluxa bilər. Klinik olaraq bu səbəbdən olan zəhərlənməyə nitrat və nitrit zəhərlənməsi kimi baxılır,çünki nitratlar orqanizmdə nitritlərə də çevrilə bilirlər ki,bu da nəticə olaraq insan üçün daha toksiki nəticə verə bilər. Nitratların zəhərləmə təsir mexanizmi qanda oksigenin hərərkətini məhdudlaşdırmaqdır ki,nəticədə toxumaların qidalanması pozulur və aclıq fonunda funkisonal olaraq toxumaların işi pozulur.

Nitratlarla zəhərlənməyimizi necə təyin edək?

Aşağıdakı simptomların olması nitratlarla zəhərləndiyimizi bizə bildirir. İlk simptomlar özünü ən geci 4 saatdan sonra göstərir.

  1. Dodaqların,selikli qişaların və dırnaqların göyərməsi.
  2. Ürəkbulanma,qusma və mədədə ağrı.
  3. İshal, şokolad rənginə bənzər qanlı nəcis (ən önəmli göstərici).
  4. Qaraciyər nahiyəsində ağrı və gözün ağ hissəsinin saralması.

Daha ağır hallarda sinir sistemi pozğunluğu ola bilər.

Uşaqlarda simptomlar biraz fərqlənə bilər.

  1. Dodaq və dırnaqların göyərməsi.
  2. Tənginəfəslik.
  3. Hərərkətliliyin azalması.
  4. Hipoksiya fonunda koordinasiyanın pozulması və qıcolmalar ola bilər.

Zəhərlənmənin qarşısını almaq üçün:

  • Qarpız kimi mövsümi meyvə-tərəvəzləri öz normal yetişmə vaxtın almaq,istifadə etmək lazımdır. Vaxtından əvvəl yetişdirilmiş meyvə-tərəvəzlər çox güman nitratlarla boldur. Qarpızı körpələrə vermək ümumiyyətlə məsləhət deyil.
  • Termik mübadilə zamanı nitratların miqdarı azalır. Ona görə suyu qaynadıb içmək lazımdır. Çuğundur,kök və s. qaynadıb istifadə edin.
  • Tərəvəz və göyərtiləri suda islatmaq da zəhərlənmə riskini azaldır.
  • Nitratlar ən çox bitkilərin üst səthinə yığılır: qarpızda qabığın altındakı ətli hissəyə,cəfəridə zoğuna,kələmdə isə üst yarpaqlara.
  • Tər sıxılmış meyvə şirələrini çox saxlamaq olmaz,dərhal istifadə etmək lazımdır,çünki qaldıqca nitratlar daha qorxulu nitritlərə çevrilə bilər.

Bəs evdə sadə üsulla qarpızın bizi zəhərləmə ehtimalı olub-olmadığını necə təyin edə bilərik?

  • Bütöv qarpızı su vannasına salırıq. Əgər qarpız üzə çıxırsa deməli təmizdir,yox suyun dibinə çökürsə deməli nitratlarla boldur.
  • Təmiz qarpızı kəsərkən kəsik nahamar,girintili-çıxıntılı olur,nitratlarla bol qarpızın kəsiyi düz olur.
  • Qarpızın ətli hissəsində olar ağ-sarı “damarlar” varsa bu qarpızın gübrələrlə bol yedizdirildiyinə nişandır.
  • Qarpızın kəsiyini işığa tutub baxanda bəyövşəyi rəng görsəz bu qarpızı yeməsəz yaxşıdı.
  • Qarpızın ətli hissəsini kəsib suya qoyun,15 dəqiqə gözləyin,əgər su rəngini açıq çəhrayı və ya qırmızı rəngə dəyişdisə deməli qarpız nitratlarla boldur.

Nitratsız qarpız yeyin,nuş olsun!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s