Kabab qanlı,İgid az qala…

“Kabab qanlı,igid canlı” deyirdilər atalarımız. Amma indiki halda kabab böyük ehtimalla qanlı olsa da,igid az qala cansız qala bilərdi.

Tovuzda bir neçə gün öncə baş vermiş zəhərlənmədən sonra bu barədə yazmaq istədim. Tam 7 nəfər kababdan zəhərlənmişdi. Yay fəslində qarpız səbəbindən baş verən zəhərlənmələrdən xəbər tutmağa adət etmişik. Amma kababa görə baş vermiş zəhərlənmə biraz şok oldu.

Ət özü yüksək təhlükəli ərzaqlar siyahısına daxildir. Onu düzgün emal etməyəndə təhlükəsi bir az da artmış olur. Onu təhlükəsiz etmək üçün minimumlara riayət etmək lazımdır. Yəqin ki,baş vermiş bu hadisəyə də səbəb minimumların gözlənilməməsi olub.

Kababdan zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

  1. Ancaq baytarlıq nəzarətindən keçmiş əti almaq lazımdır. Naməlum mənşəli ətlərdən uzaq olun.
  2. Düzgün saxlanılmayan (soyuducudankənar), xoş olmayan qoxusu olan, üstü açıq qalmaqdan qaralmış-bərkimiş (küləklənmiş), boğulmuş əti almayın.
  3. Kababı yeməmişdən əvvəl bir balaca kəsin. Əgər daxildən çəhrayı və ya qırmızı maye axırsa deməli kabab hələ hazır deyil.
  4. Sanitar qaydalara riayət edin: Əllərinizi çiy məhsuldan istifadədən sonra və hazır məhsula toxunmamışdan əvvəl yuyun.
  5. Çöl şəraitində çalışın birdəfəlik qablardan istifadə edin.
  6. Çiy məhsullar üçün istifadə etdiyiniz bıçaq və ya digər alətləri hazır məhsullar üçün istifadə etməyin.

Və sonda böyük adam üçün tövsiyyə olunan kabab porsiyası 200 qramdan çox olmamalıdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s