#WorldHepatitisDay – Hepatitlə Mübarizə Günü

28 İyul – Dünyada Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bəs biz Hepatitlər haqqında nə bilirik?

Ümumiyyətlə hepatitlər, onların yoluxma yolları və fəsadları haqqında məlumatımız varmı? İnanıram ki,çoxları bu virusun heç olmasa adını eşidib,amma nə dərəcədə ciddiyə alıb?

Məlumat:

Dünyada 400 milyon insan Hepatit ilə yaşayır.

6-10 milyon insan Hepatitlərə hər gün yoluxur .

Hepatit B və C ölümlə nəticələnə biləcək ağır xəstəliklərlə səbəb ola bilər.

95 % Hepatitli xəstələrin xəstəliklərindən xəbərləri yoxdur.

Hər kəs Hepatitə yoluxma təhlükəsi ilə qarşılaşa bilər. Yoluxma yolları:

  • Təhlükəli inyeksiya və ya tibbi prosedur
  • Təhlükəli cinsi əlaqə
  • Anadan uşağa
  • İnyeksion narkotikdən istifadə

Avropaya səyahət edənlər bilsinlər ki, Hepatit B-yə yoluxmuş xəstələr ən çox Yunanıstan və Ruminiyada, Hepatit C-yə yoluxmuşlar isə İtaliya və Ruminiyadadırlar. Belə nəticəyə gəlmək olar ki,Ruminiyaya getməsəz yaxşıdır.

Xüsusi diqqətinizə çatdırmaq istəyirəm ki, Hepatit A yoluxmuş QidaSu,Hepatit E isə yoluxmuş Su ilə keçir insanlara.

Hepatit A və E-yə yoluxmamaq üçün 6 Gigiyenik üsulları sizə təqdim edirəm.

  1. Həkiminizə Hepatit A vaksini üçün müraciət edin.
  2. Yeməyinizi yaxşı bişirin və isti-isti yeyin.
  3. Çiy molyusk və çiy ətdən uzaq durun.
  4. Tualetdən sonra,uşaq bezi dəyişəndən sonra,yemək hazırlamamışdan və yeməmişdən əvvəl əllərinizi sabun və su ilə yuyun.
  5. Meyvə və tərəvəzləri təmiz su ilə yuyun.
  6. Ancaq təhlükəsiz su için.

hepavee

Sağlam olmaq üçün minimum gigiyenaya riayət edin,özünüzü qoruyun.

P.S. Posteri paylaşsanız yaxınlarınıza,dostlarınıza kömək etmiş olarsınız.

*Bütün statistik məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Qastroenteroloqları Cəmiyyətindən götürülmüşdür.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s