Sağlam Bədəndə Sağlam Ruh,Sağlam Ruh üçün Sağlam Qidalanmaq lazımdır

Son bir neçə ili nəzərə almasaq bəlkə də heç bir vaxt bu sözə – onun varlığına və önəminə diqqət yetirməzdik. Sadəcə zəmanə elə gətirib ki, sosial şəbəkələr,televiziya və s. kütləvi təsir mexanizmləri bizi əvvəl diqqət etmədiklərimizə də diqqət eləməyə məcbur edir.

Çox hallarda bu heç də müsbət tərəfə yönəlməsə də, Kalori məsələlərində mövzü sağlamlığa toxunduğundan müsbət hal kimi qarşılamalıyıq. Şəhərimizin demək olar hər yerində fitness mərkəzlər var. Və az qala məşqçilər dietoloq həkimlərdən daha yaxşı bilirlər tendensiyası yaranıb. Sağlam arıqlamaq üçün şərtin 30%i məşqdirsə,yerdə qalanı düzgün qidalanmadır. Düzgün qidalanmaq üçün isə mütləq və mütləq həkim-dietoloqun məsləhəti lazımdır. Razıyam məşqçi sizə müəyyən qidaları qəbul etməyi,digərlərini isə qəbul etməməyi məsləhət görə bilər,amma nəzərə alın ki,o sadəcə məşqçidir və o sizin orqanizminizi dietoloq həkim kimi görə bilmir və bilməz də. Hər orqanizm individualdır,hər birinə ayrıca yanaşma lazımdır. Bu yanaşmanı,sizə individual rasionu isə həkim-dietoloqunuz verə bilər. Əgər həkim-dietoloqunuz yoxdursa sadə üsullarla təqribi gündəlik kalori normanızı hesablaya bilərsiniz.

Harris-Benedikt formulası ilə metabolizmin baza dərəcəsini hesablamaq olar. (basal metabolic rate, BMR) — Kənar fiziki aktivliyi nəzərə almadan orqanizmə lazım olan enerji dərcəsi. Bir növ sakitlik halında orqanizmin yaşaması üçün lazım olan enerji miqdarının göstəricisi.

Kişilər üçün:

BMR = 88.36 + (13.4 x çəki, kq) + (4.8 х boy, sm) – (5.7 х yaş, il)

Qadınlar üçün:

BMR = 447.6 + (9.2 x çəki, kq) + (3.1 х boy, sm) – (4.3 х yaş, il)

Kalori hesablayarkən qaydaları unutmayın!

  1. Sutkalıq kalori tələbatı eyni cinsə,eyni çəkiyə,eyni yaşa,eyni boya,eyni piy faizi və eyni əzələ kütləsinə sahib insanlarda fərqlənə bilir. Yeni “mənə 1900 kkal lazımdır” kimi deyil “mənə təqribən 1900 kkal lazımdır” kimi yanaşın.
  2. Bir qab şorbanın kalorisi anlayışı yoxdur. Bu sadəcə məlumat ola bilər. Çünki bir qab tərəvəz şorbası ilə bir qab ət şorbası ayrı-ayrı anlayışlardır. Hələ porsiya məsələsinə toxunmuram 🙂
  3. Yeməyin kalorisini sadəcə yeməyin adı ilə kitabdan və ya şəkli ilə hər hansı proqram vasitəsilə hesablanması sadəcə zarafat ola bilər. Dəqiq kalori məlumatı üçün yeməyin dəqiq qramlarla inqridientləri lazımdır.
  4. Rasionunuza daxil olan ayrı-ayrı yeməklərin kalorisinə çox fikir verməyin əsas məsələ,rasiona saxil olan zülal,yağ və karbohidratların miqdarıdır.

Sağlam bədəndə sağlam ruh,sağlam ruh üçün isə sağlam qidalanmaq lazımdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s