Şəxsi heyyət və Şəxsi gigiyena

Şəxsi gigiyena xəstəlik risklərinin azalmasının əsas şərtlərindən biridir. Bu göstəricilər qida ilə təmasda olanlarda daha yüksək olmalıdır. Şəxsi gigiyena birtəhər səslənsə də rəhbərliyin məsuliyyətidir desək yanılmarıq. Və heç də düşünməyin ki, şəxsi gigiyena sadəcə sağlam düşüncədir və hər kəs (hər işçi) tərəfindən ona riayət olunur.

Şəxsi gigiyena qayda və prosedurları qida təhlükəsizliyi siyasətinin bir hissəsi olmalıdır. Şəxsi heyyət işə götürülən zaman təlimatlandırılmalı və vaxtaşırı yoxlanılmalıdır ki,prosesin davamlılığından əmin olasan. Qida ilə birbaşa əlaqədə olan şəxslərdən yüksək şəxsi gigiyena qaydalarına riayət etmələrini tələb edərkən biz qidanın çirklənməsinin qarşısını almış oluruq. Bu tələblərə təmiz və səliqəli geyinmək,siqaret çəkməmək,zinyət əşyaları taxmamaq,yara və ya kəsiklərinin üzərini xüsusi sukeçirməz yara bandları ilə örtmək və s. daxildir. Bu qaydalar müdriyyət də daxil olmaqla istehsalat prosesi olan əraziyə daxil olan istənilən şəxsə aiddir.

Bütün yuxarıda sadaladıqlarımın başlanğıcı düzgün şəxsi heyyətin seçilməsindədir. İşçini seçərkən aşağıdakıları minimal olaraq nəzərə almaq lazımdır:

  • Təmiz,səliqəli və uyğun xarici görünüş,
  • Dəri infeksiyalarının olmaması,
  • Ağız boşluğunun yaxşı gigiyenası,
  • Təmiz əllər,qısa və yeyilmə izi olmayan dırnaqlar,
  • Həddindən artıq olmayan zinyət əşyaları və makiyaj,
  • Təmiz ayaqqabı,
  • Və Gigiyenanın vacibliyinə inam.

Əlbəttə iş üçün müraciət zamanı bunlara riayət etməyən kimsə sonra riayət edəcəkmi sualını beyinlərdə canlandırır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s