Marketə getdim,baxmadım,aldım və …

Salam.

Bəli marketə getdim,baxmadım,aldım və nə oldu? və ya nə ola bilərdi?

Bugün bəlkə də sizə hər gün yaşadığınız,hər gün olmasa da əz azından həftədə bir və ya ayda bir yaşadığınız və normal olaraq qəbul etdiyiniz amma əslində normal qəbul edilməməli bir halı xatırladacam. Günümüzdə marketlər şəbəkəsi həyatımızın ayrılmaz parçasına çevrilib. Və biz normal olaraq rahatlıq və daha az vaxt,əziyyət sərf etməyə meylli olan yaradılış olduğumuzdan marketləri daha çox sevirik. Axı əvvəlki dövrlərdəki kimi ata-babalarımız kimi evə lazım olan hər xırda-xuruşa görə ayrı-ayrı uzaq məsafələrə getmək zülmdür bizimçün. Biraz nostagiya olsun hər halda siz də mənim kimi atanıza kömək üçün meyvə-tərəvəz üçün bazara,digər məmulatlar üçün ayrı-ayrı dükanlara gedərdiniz. Bizə sadəcə gəzinti kimi gəlsə də əslində bu əziyyət hər məmulatın özünün xüsusi,daha münasib satış nöqtəsinin olması idi.

İndi istədiyin məmulatı demək olar istədiyin market şəbəkəsində tapa bilərsən. Və artıq A-dan Z-yə almağa nə lazımdırsa ayrı-ayrı dükanları,bazarı gəzməyə ehtiyac qalmayıb. Superdir düzdü? Getdim,teleşkanı doldurdum,ödəniş elədim çıxdım.

Marketlərin üstünlüyü tək bu deyil təbii olaraq,bundan başqa da rahatlıq bəxş edir şəbəkələr bizə. Əslində böyük həcmdə almağa ehtiyac olmadığından hər hansı məmulatı az-az da ala bilməkdir bu. Və ən qorxulu məqam da budur əslində.

İndi sizdə böyük sual yaranır NİYƏ ən qorxulu məqamdır? Mətbəxtdə istifadə etdiyiniz istənilən məhsulun son istifadə tarixi var. Sudan duza kimi hər məhsulun. Sadəcə çay sodasını bu siyahıya aid eləməyə bilərik çünki onun sadəcə istehsal tarixi var 🙂 Bəli yuxarıda yazdığım kimi hər məmulatın öz son istifadə tarixi. Bəs biz az-az hər hansı bir məmulatı alanda son istifadə tarixindən xəbərimiz olurmu? İstəyir süd məmulatı olsun,istəyir şirniyyat olsun,istəyir kolbasa-sosiska məmulatı olsun kiçik-lazım olan çəkidə alarkən paketləmənin üzərində çəki,qiymət ən yaxşı halda qablaşdırma tarixinə rast gələ bilərik. Amma bu məmulatların hər birinin son istifadə tarixi var. Sadəcə o tarix böyük qablaşdırma üzərindədir. O isə artıq kiçik hissələrə parçalanıb. Və biz onu nə görə biləcik,nə də hər hansı market şəbəkəsi onu bizə göstərəcək. Əminəm ki,heç olmasa bir dəfə marketdə nəsə alarkən məhsul xarab,kiflənmiş və ya başqa qəbul olunmaz halda qarşınıza çıxıb. Və daha çox əminəm ki,hətta belə haldan sonra belə bir dəfə də olsun aldığınız kiçik çəkili məhsulun son istifadə tarixini soruşmamısınız.

Axı böyük marketlərdə o qədər böyük dövriyyə var ki,orda hər hansı məhsulun qalma,son istifadə tarixinin keçmə ehtimalı yoxdur-GUYA.

Bəs siz əminsiz ki,marketiniz gəlirdən öncə sizi düşünür? Buna özünüz inanırsız?

Ehtiyatlı olun,son istifadə tarixlərinə diqqətli olun! Özünüz və ailəniz üçün. Satıcı və ya sadəcə işçidən soruşmağı ayıb bilməyin. Bunu bilmək sizin hüququnuzdur. Rahatlıqla tələb edə bilərsiniz. Hətta tələb edin! Çünki vaxtı keçmiş məhsul ən yaxşı halda sadəcə zəhərləyəcək. Ən pisini özünüz başa düşdüz.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s