14 Əsas Qida Allergeni

Allergiya. Bu sözü eşidəndə ağlımıza ilk gələn qaşıntı,səpgi və s. olur. Bu bədənimizin bəyənmədiyi yad təsirə xırda reaksiyasıdır. Bu reaksiya müxtəlif səbəblərdən ola bilər. Hər kəsin individual həssas nöqtəsi var.

Amma qida ilə daxil olan allergen bəlkə də ən təhlükəli nəticələr verə bilər desək yanılmarıq. Bəzən bu reaksiyalar fatal (ölümə) nəticəyə belə gətirib çıxara bilər. Sizi qorxutmaq istəmirəm. 🙂 Xoşbəxtlikdən Azərbayanda tək-tük adamlarda qida allergiyasına rast gəlinir. Ağır nəticələr verən hallara isə demək olar heç rast gəlinmir. Amma bu o demək deyil ki,dünyanın əksər inkişaf etmiş ölkələrinin həssas olduğu bu problemə biz dırnaqarası yanaşmalıyıq. Təbii ki,qidamızın təbiiliyi və keyfiyyəti,insanlarımızı zəiflətməyib. Amma əhalinin artımı,ekologiya,qida sənayesinin inkişafı və istehsalatın süniləşməsi bizdə olmasa belə gələcək nəsillərdə allergik zəifliyin olmayacağına zəmanət vermir. Sizi bilmirəm amma mən yerli istehsal olunan heç bir məhsul üzərində daxilində olsa belə hər hansı “filan allergen var” deyə işarəyə rast gəlməmişəm. Bu isə çox təhlükəlidir. Özümüzdə problem yoxdu deyək,axı turizmimiz inkişaf edir,qonaq gələn xarici-yetim həssasdırsa,yeyib öləcəksə kim cavab verəcək buna? Satan marketmi? Hazırlayan restoranmı? Qonağı olduğu otelmi? Qanunən səhiyyəmizdə tələb olunmadığından qanunumuz da aciz qalacaq bu vəziyyətdə.

İndi isə həmin 14 qəbul olunmuş Qida Allergenləri:

  1. Taxıl fəsiləsindən olanlar,( buğda, çovdar, arpa, yulaf, pərincdən, kamut yaxud digər növləri);
  2. Xərçəngkimilər və onların məhsulları;
  3. Yumurta və yumurta məhsulları;
  4. Balıq və balıq məhsulları ;
  5. Fıstıq və onların digər növləri;
  6. Soya və onların digər növləri ;
  7. Molyusklar və onun digər məhsulları.
  8. Süd və süd məhsulları (laktoza daxildir) ;
  9. Lupin və onun digər məhsulları ;
  10. Qoz-fındıq məhsulları: badam,pineseed, fındıq,qoz,anakardiya,pekan,brazilya qozu, püstə, macadamia  və digər məhsulları;
  11. Kərəviz və digər məhsulları ;
  12. Xardal və digər məhsulları ;
  13. Susam və onun məhsulları ;
  14. Sulfur dioksid;

Özünüzdən,qidanızdan,allergenlerdən muğayət olun!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s